Xəbərlər
Əməkdaşların iştirakı ilə Şamaxıda istirahət

Əməkdaşların asudə vaxtının səmərəli təşkili, kollektiv münasibətlərin daha da möhkəmləndirilməsi və mənəvi-psixoloji mühitin gücləndirilməsi məqsədilə Məktəbəqədər təhsil fakültəsinin əməkdaşları üçün Şamaxı istiqamətində gəzinti təşkil olunmuşdur.
Gəzintinin təşkili zamanı əməkdaşlar Həmkarlar İttifaqı Komitəsinin maddi dəstəyi ilə nəqliyyat vasitəsi ilə təmin edilib, səfərin rahat və təhlükəsiz şəkildə həyata keçirilməsi üçün müvafiq şərait yaradılıb.
Səfər çərçivəsində iştirakçılar Şamaxı şəhərinin tarixi və mədəni məkanları ilə yaxından tanış olub, səmərəli və xoş istirahət imkanı əldə ediblər.
Belə tədbirlər kollektiv üzvləri arasında qarşılıqlı münasibətlərin inkişafına, əməkdaşlıq mühitinin möhkəmlənməsinə və əməkdaşların sosial rifahına müsbət təsir göstərir.




