“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Əməkdaşların sağlamlığı və sosial rifahı diqqət mərkəzindədir

19/08/2026, 12:47
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Mingəçevir Dövlət Universiteti Komitəsinin dəstəyi ilə universitet əməkdaşlarının sağlamlığının qorunması və asudə vaxtlarının səmərəli təşkili məqsədilə müxtəlif istirahət mərkəzləri və sanatoriyalarda istirahət imkanları yaradılıb.

Əməkdaşlar ölkənin müxtəlif bölgələrində yerləşən istirahət mərkəzləri və sanatoriyalarda dincələrək sağlamlıqlarının bərpası və asudə vaxtlarının səmərəli keçirilməsi imkanından yararlanıblar.

Bu istiqamətdə həyata keçirilən tədbirlər əməkdaşların sosial rifahının dəstəklənməsinə, sağlamlıq və istirahət imkanlarının genişləndirilməsinə, eləcə də kollektiv daxilində müsbət iş mühitinin formalaşdırılmasına xidmət edir.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Mingəçevir Dövlət Universiteti Komitəsi əməkdaşların sosial rifahının və sağlamlığının dəstəklənməsinə yönəlmiş tədbirləri davam etdirəcək.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: