Xəbərlər
Əməkdaşlıq müqaviləsi imzalanıb

Strateji planlaşdırmaya uyğun olaraq Göyçay Dövlət İdarəetmə və Texnologiya kolleci ilə işəgötürən arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Strateji inkişaf planına əsasən Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci PHŞ ilə AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ MEYVƏÇİLİK VƏ ÇAYÇILIQ ELMİ TƏDQİQAT İNSTİTUTUNUN ELMİ TƏCRÜBƏ MƏRKƏZİ arasında bağlanmış müqavilə 2030 – cu ilin əvvəlinədək qüvvədədir. Təhsil müəssisəsi ilə işəgötürən arasında bağlanmış müqavilənın əsas məqsədləri aşağıdakılardr:
Hər il işəgötürən (MEYVƏÇİLİK VƏ ÇAYÇILIQ ELMİ TƏDQİQAT İNSTİTUTUNUN ELMİ TƏCRÜBƏ MƏRKƏZİ ) tərəfindən seçilmiş, uyğun ixtisaslı bilikli və bacarıqlı məzun tələbələri müəssisədə işlə təmin etmək (vakant yer olduqca müəssisə rəhbərinin rəyi əsasında).
Təhsil ilə təcrübə arasında körpü yaratmaq, tələbələrin pesakar bacarıqlarını artırmaq.
Tələbələrin müəssisədə (Göyçay Elmi təcrübə bazasında) istehsalat təcrübəsi keçmək, real iş mühitində praktik bilikləri artırmaq, müasir bağçılıq təsərrüfatının idarəedilməsini öyrənmək.
Aqronomluq, Aqrar fermer təsərrüfatı, İstixana təsərrüfatı və Bağçılıq tərəvəzçılık sahəsində ixtisaslı mütəxəssislər yetişdirmək, əmək bazarının tələblərinə uyğun kadr hazırlamaq.
Hər semestr tələbələri müəssisədə iş prosesi ilə tanış etmək.
Veqetasiya müddətində bitkilərin qidalanması, müxtəlif xəstəlik və zərərvericilərə qarşı mübarizə üsulları zamanı tələbələrin iştirakını təmin etmək






