“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

E.Məmmədov adına 3 nömrəli məktəb- liseydə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş "Ən yaxşı təqdimat" müsabiqəsində və RFO-da qalib olmuş şagirdlər və onların müəllimləri ilə görüş keçirildi.

04/05/2026, 10:53
xeber1

Bu gün ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı İsmayıllı şəhər E.Məmmədov adına 3 nömrəli məktəb- liseydə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş "Ən yaxşı təqdimat" müsabiqəsində və RFO-da qalib olmuş şagirdlər və onların müəllimləri ilə görüşərək təbriklərimizi çatdırdıq, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin fəxri fərmanları ilə təltif etdik. Tədbirdə İsmayıllı Təhsil Sektorunun müdiri Rəşid Məmmədli, ETİHİ Rayon Komitəsinin sədri Hafiz Kərimov, kollektiv üzvləri və valideynlər iştirak etdilər. 

Xatırladaq ki, "Ən yaxşı təqdimat" müsabiqəsində XI sinif şagirdi Gülay Zərbiyeva, RFO- da isə VIII sinif şagirdi Murad Məmmədzadə qalib olublar.Qalib şagirdlərin müəllimləri Azərbaycan dili və ədəbiyyatı müəllimi Pərvin Oruclu və coğrafiya müəllimi Əminə Ağayevadır. 

Hər iki şagirdimizi və onların müəllimlərini bir daha rayonumuzun təhsil ictimaiyyəti adından təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq. 

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: