“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Əməyə verilən dəyər

22/10/2026, 15:00
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı

ETİHİ Ağstafa Rayon Komitəsi olaraq, komitəmizin üzv təşkilatlarından olan Namiq Həmzəyev adına Göycəli kənd tam orta məktəbinin müəllimi, eyni zamanda ilk həmkarlar ittifaqı təşkilatımızın sədri Kamran Məmmədovu 65 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik etdik.

Bu əlamətdar gün münasibətilə Kamran müəllimə uzun illər ərzində pedaqoji fəaliyyətində göstərdiyi fədakarlığa, təhsil sahəsində qazandığı uğurlara, həmçinin həmkarlar ittifaqı təşkilatının fəaliyyətində nümayiş etdirdiyi fəallığa, məsuliyyətə və səmərəli əməyinə görə Fəxri Fərman və yubiley hədiyyəsi təqdim etdik.

Müəllimlik yalnız bir peşə deyil, həm də böyük səbir, dərin məsuliyyət, zəngin mənəviyyat və gələcək nəsillərin formalaşmasına xidmət edən müqəddəs bir missiyadır. Ömrünün uzun illərini bu şərəfli işə həsr edən Kamran müəllim öz pedaqoji fəaliyyəti ilə yanaşı, həmkarlar ittifaqı sahəsində də fəallığı, təşkilatçılığı və üzərinə düşən vəzifələrə məsuliyyətlə yanaşması ilə seçilir.

İlk həmkarlar ittifaqı təşkilatının sədri olaraq onun fəaliyyəti kollektivdə həmrəyliyin möhkəmlənməsinə, əməkdaşlığın inkişafına, işçilərin hüquq və mənafelərinin qorunmasına töhfə verir. Çünki həmkarlar ittifaqında çalışmaq yalnız təşkilati işləri yerinə yetirmək deyil, həm də insanlara dayaq olmaq, onların qayğılarını bölüşmək, kollektivdə qarşılıqlı hörmət və etimad mühitinin formalaşmasına xidmət etməkdir. Biz inanırıq ki, insanın ən böyük qazancı illər ərzində qazandığı hörmət, etibar və xoş xatirələrdir. Kamran müəllimin 65 illik ömür yolunda qazandığı ən dəyərli mükafatlardan biri də məhz onun əməyinə verilən qiymət, həmkarlarının hörməti və yetirmələrinin uğurlarında yaşanan mənəvi məmnunluqdur.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: