“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Əməyə verilən dəyər: Sədaqət Cəfərovanın 65 illik yubileyi qeyd olunub

08/09/2026, 17:19
xeber1

Bərdə rayon Elxan Zeynalov adına Hacallı 1 kənd tam orta ümumtəhsil məktəbinin kitabxana müdiri Cəfərova Sədaqət Əsgər qızının 65 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbirdə məktəb rəhbərliyi, pedaqoji kollektiv və əməkdaşlar iştirak ediblər. Çıxışlarda Sədaqət Cəfərovanın uzunillik əmək fəaliyyəti, məktəb kitabxanasının işinin təşkilində və şagirdlərin mütaliəyə marağının artırılmasında göstərdiyi xidmətlər yüksək qiymətləndirilib.

Bildirilib ki, Sədaqət Cəfərova uzun illər ərzində öz vəzifəsinə məsuliyyətlə yanaşaraq təhsil müəssisəsinin ictimai həyatında fəal iştirak edib və gənc nəslin dünyagörüşünün formalaşmasına öz töhfəsini verib.

Yubiley münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsi tərəfindən Sədaqət Cəfərovaya fəxri fərman və hədiyyə təqdim olunub.

Sonda yubilyar əməkdaşa möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətində uğurlar arzulanıb.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: