Xəbərlər
Əməyi dəyərləndirən ən gözəl ənənə: yubilyar müəllimlər təltif olundu

ADPU Həmkarlar İttifaqı Komitəsinin Şəki filialında bir qrup müəllimin yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə yubilyar müəllimlərin təhsil sahəsində uzunillik və səmərəli fəaliyyətləri, gənc nəslin yetişdirilməsindəki əvəzsiz xidmətləri, eləcə də filialın ictimai həyatındakı fəal iştirakları yüksək qiymətləndirilib.
ADPU Həmkarlar İttifaqı Komitəsi tərəfindən onların çoxillik əməyinə və peşə fəaliyyətinə verilən dəyərin ifadəsi olaraq yubilyarlara Fəxri fərman və pul mükafatı təqdim edilib.Həmkarlar İttifaqı Komitəsi bundan sonra da üzvlərinin sosial rifahının yaxşılaşdırılması, əməyinin qiymətləndirilməsi və onların motivasiyasının artırılması istiqamətində fəaliyyətini davam etdirəcək. Yubilyar müəllimlərə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətlərində yeni uğurlar arzulayırıq.
Əməyə verilən dəyər, insan kapitalına və təhsilimizin gələcəyinə verilən ən böyük töhfədir.







