Xəbərlər
Əməyin Mühafizəsi Günü

22 aprel 2026-cı il tarixdə Cəlilabad şəhər 9 nömrəli tam orta ümumtəhsil məktəbində rayon ümumtəhsil məktəb və məktəbəqədər təhsil müəssisələri rəhbərlərinin iştirakı ilə “Sağlam psixososial iş mühitinin yaradılmasını təmin edək!” devizi altında Əməyin Mühafizəsi Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Cəlilabad rayon Komitəsinin sədri Nəbi İskəndərov, Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə Cəlilabad rayon Təhsil Sektorunun müdiri İlkin Zeynalov iştirak ediblər.
Nəbi İskəndərov sağlam iş mühitinin formalaşdırılmasının əsas istiqamətlərindən danışaraq təhlükəsiz əmək şəraitinin yaradılması, işçilərin hüquqlarının qorunması, psixoloji dəstəyin təmin edilməsi, kollektiv daxilində sağlam münasibətlərin qurulması və maarifləndirmə işlərinin gücləndirilməsinin vacibliyini qeyd edib.
Çıxışının sonunda o, “sağlam mühit, sağlam təhsil, sağlam cəmiyyət deməkdir” fikrini xüsusi vurğulayaraq bütün qurumları bu istiqamətdə birgə fəaliyyət göstərməyə çağırıb.
Mövzu ilə bağlı rayonun 2, 3 və 7 nömrəli, Hamarqışlaq kənd, Sərhədabad kənd, Günəşli kənd 1 nömrəli, Ocaqlı kənd 1 nömrəli tam orta ümumtəhsil məktəblərində də tədbirlər keçirilib.
Tədbirlərdə bir daha vurğulanıb ki, işçilərin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi Cəlilabad rayon komitəsinin fəaliyyətində hər zaman mühüm yer tutur. Ümumtəhsil müəssisə əməkdaşlarının sağlamlığının qorunması, əməyinin mühafizəsi, əməkhaqlarının vaxtında verilməsi, məzuniyyət hüquqlarından istifadə məsələləri ciddi nəzarətdə saxlanılır. Eyni zamanda işçilərin öz üzərlərinə düşən işlərin layiqincə yerinə yetirməsi, müəllimlərin bir-birləri ilə ünsiyyətləri, müəllim-şagird, müəllim-valideyn münasibətləri təhsil ocaqlarında daim qorunur.








