“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

“Əməyin mühafizəsi” mövzusunda maarifləndirici tədbir təşkil olunub.

22/04/2026, 15:34
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kəlbəcər Rayon Komitəsi tərəfindən 22.04.2026-cı il tarixində Yevlax Rayonunda yerləşən Kəlbəcər rayon 48 nömrəli tam orta məktəbdə “Əməyin mühafizəsi” mövzusunda maarifləndirici tədbir təşkil olunmuşdur. Tədbirdə yalnız 48 nömrəli məktəbin deyil, eyni zamanda Kəlbəcər rayon 42, 78 və 85 nömrəli tam orta məktəblərinin direktor və müəllimləri də fəal iştirak etmişdilər. 


28 aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə keçirilən tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kəlbəcər Rayon Komitəsinin mütəxəssisi Zahid Kazımov məktəb direktorları çıxış edərək sağlam pedoqoji mühitin formalaşması təhsilin keyfiyyətinin yüksəlməsinə və müəllimlərin faydalı iş əmsalının artmasına müsbət təsir etdiyini vurğulayıblar. Eyni zamanda fərdi mühafizə vasitələrindən düzgün istifadə qaydaları ilə bağlı iştirakçılara tövsiyələr çatdırılıb.

Sonda müəllimlərin rəy və təklifləri dinlənilib.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: