“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Əməyin mühafizəsi sahəsində maarifləndirici tədbir keçirilib

21/04/2026, 11:31
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsi rayonun orta ümumtəhsil məktəblərində çalışan təhsil işçiləri üçün Ümumdünya Əməyin Mühafizəsi Günü ilə bağlı tədbir təşkil edib.

Tədbir Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbdə keçirilib və iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Tədbiri giriş sözü ilə açan ETİHİ Yasamal Rayon Komitəsinin sədri Rövşən İbrahimli əmək hüquqlarının müdafiəsi, təhlükəsiz iş mühitinin yaradılmasının vacibliyini vurğulayıb, iştirakçılara uğurlar arzulayıb.

Tədbirdə FAB Şirkətlər Qrupunun İnsan Resursları Departamentinin rəhbəri Təyyar Mustafayev çıxış edərək əməyin mühafizəsi sahəsində müasir yanaşmalar və beynəlxalq standartlar barədə məlumat verib. Daha sonra FAB Boya Şirkətlər Qrupunun Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik şöbəsinin müdiri Nicat Tağıyev müəllimlər üçün praktiki xarakterli təlimat sessiyası keçirib.

Tədbir sual-cavab hissəsi ilə yekunlaşıb.

Bu təşəbbüs təhsil işçiləri arasında əməyin mühafizəsi mədəniyyətinin formalaşdırılmasına və peşə təhlükəsizliyinin vacibliyinin artırılmasına xidmət edib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: