“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Əməyin Mühafizəsi üzrə Nəsimi Rayon Komitəsinin üzv təşkilatında tədbir keçirilib.

09/04/2026, 15:14
xeber1

Əməyin mühafizəsinin əsas istiqamətlərindən biri olan sosial-psixoloji iş mühitinin yaradılması mövzusuna həsr olunmuş tədbir Nəsimi Rayon Komitəsinin üzv təşkilatı olan 162 saylı körpələr evi-uşaq bağçasında keçirilib.Tədbirdə Rayon Komitəsinin nümayəndəsi Yeganə Rəhimova iştirak edərək mövzu üzrə çıxış edib, iştirakçılara sağlam psixo-sosial mühitin formalaşdırılmasının əhəmiyyəti, iş yerlərində qarşılıqlı hörmət, effektiv kommunikasiya və işçilərin psixoloji rifahının qorunmasının vacibliyi barədə ətraflı məlumat verib. O, həmçinin iş yerlərində psixo-sosial risk faktorlarının vaxtında müəyyən edilməsi və aradan qaldırılmasının işçilərin məhsuldarlığına və ümumi iş mühitinə müsbət təsir göstərdiyini vurğulayıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb və bu kimi maarifləndirici tədbirlərin davamlı keçirilməsinin əhəmiyyəti qeyd olunub.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: