Xəbərlər
"Əmkdar mədəniyyət işçisi şair Qəşəm Nəcəfzadə görüş keçirildi"

İmişli rayon Ölcələr kənd Nizaməddin Əzizalıyev adına tam orta ümumtəhsil məktəbində Əməkdar mədəniyyət işçisi "Azərbaycan"Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü Uşaq ədəbiyyatı şöbəsinin rəhbəri,şair Qəşəm Nəcəfzadə ilə müəllimlə və şagirdlərlə görüşü keçirildi.Şairin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş etdirildi.
Tədbirdə Ölcələr kənd tam orta ümumtəhsil məktəbinin direktoru Sahilə Ağazadə çıxış edərək qonaqları salamlayıb, şair Qəşəm Nəcəfzadənin ədəbiyyata verdiyi töhfələrdən danışıb, onun əsərlərinin Azərbaycan ədəbiyyatında xüsusi yer tutduğunu vurğulayıb.Daha sonra çıxış edən məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Məmmədli Taciyəxanım qeyd edib ki,tanınmış şair Qəşəm Nəcəfzadə Gəncə Dövlət Universitetinin filologiya fakültəsini bitirib.Şair elə tələbəlik,gənclik illərində də gözəl şerlərini yazıb.
Şairin qələm dostları Əməkdar müəllimiSəxavət Tağlar,Həqiqət və Reallıq qəzetini baş redaktoru İsrafil Sarxanlı,Elm və Təhsil İşçilıri Həmkarlar İttifaqının İmişli rayon komitəsinin sədri Kərim Kərimov,məktəbin riyaziyyat müəllimi,əməkdar müəllim,tərəqqi medallı Əhmədova Xuraman,Ölcələr kənd məktəbinin sabiq direktoru Mirsaleh Mirsalahov çıxış edərək,Qəşəm Nəcəfzadənin Azərbaycan ədəbiyyatının poetik nəfəsi ilə seçilən ən parlaq nümayəndələrindən biri, son dərəcə təbii və özünəməxsus təbiətli,cəmiyyətə,ümumbəşəri dəyərlərə nüfuz edən istedadlı şair olduğunu diqqətə çatdırıblar.Ona həyatında və gələcək yaradıcılığında uğurlar arzuladılar.ETİHİ-nın İmişli rayon komitəsinin sədri Kərim Kərimov Qəşəm Nəcəfzadəni Fəxri Fərman və qiymətli hədəyyə ilə təltif etdi.
Qəşəm Nəcəfzadə bu görüşün keçirilməsinə təşkilatçılığı etmiş Ölcələr kənd tam orta ümumtəhsil məktəbinin direktoru və kollektivinə minnətdarlığını bildirib. Oxucularına təşəkkür edərək, onların dəstəyi və marağı sayəsində yaradıcılığını daha da inkişaf etdirdiyini bildirib.
Tədbir boyu şagirdlər Qəşəm Nəcəfzadənin şeirlərini səsləndirdilər, eləcə də şairə suallar ünvanladılar. Sualları cavablandıran Qəşəm Nəcəfzadə şagirdlərə yeni çapdan çıxan “Unutmaq haqqında sevgi dərsləri” və “ Bir gözəl qadın ölür” adlı kitablarını hədiyyə etdi.











