Xəbərlər
"Ən sevimli müəllimim" layihəsinin növbəti ünvanı 177 nömrəli tam orta məktəb oldu
05/10/2026, 17:07

Layihəmizin digər qalibləri 177 nömrəli tam orta məktəbdən seçilmişdi. Biz də ETİHİ Nərimanov RK komandası olaraq onları təbrik etmək üçün məktəbə yollandıq. Şagirdlərinin qapalı səsverməsi ilə seçilən 10 “Ən sevimli müəllim”i təltif etdik, onların sevincinə şərik olduq.
Əziz müəllimlər, hər zaman şagirdlərinizin qəlbində özəl yeriniz olsun!
Layihənin həyata keçirilməsinə göstərdikləri dəstəyə görə 177 nömrəli məktəbin rəhbərliyinə və kollektivinə təşəkkür edirik!
Növbəti ünvanda görüşənədək!









