Xəbərlər
Ən uca addır müəllim adı!

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı
ETİHİ Ağstafa Rayon Komitəsi nin üzv təşkilatlarından olan Göycəli kənd tam orta məktəbin, Qıraq Kəsəmən kənd tam orta məktəbin, Pirli kənd körpələr evi uşaq bağçasının müəllimləri uzun illər təhsil sahəsində səmərəli fəaliyyət göstərmiş Quliyeva Şəhla Fərhad qızının, Hüseynova Gülbadə Ələkbər qızının və Abdullayeva Aybəniz Qəşəm qızının 65 illik yubileyləri münasibətilə təntənəli tədbir keçirilmişdir.
Tədbirdə yubilyarların təhsil sahəsində göstərdikləri çoxillik və fədakar əməyə, gənc nəslin yetişdirilməsindəki xidmətlərinə yüksək qiymət verilmiş, onların peşəkar fəaliyyəti və insanpərvər keyfiyyətləri xüsusi vurğulanmışdır. Qeyd olunmuşdur ki, yubilyar müəllimlər illər ərzində zəngin pedaqoji təcrübələri ilə həm şagirdlərin, həm də həmkarlarının dərin hörmətini qazanmışlar.
Tədbir çərçivəsində yubilyarlara Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Ağstafa Rayon Komitəsi tərəfindən Fəxri fərmanlar və xatirə hədiyyələri təqdim edilmiş, onlara möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətlərində uğurlar arzulanmışdır.
Sonda vətəndaş amilini daim üstün tutan, sosial ədalət və insan rifahını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, həmçinin təhsil işçilərinin hüquqlarının qorunması, sosial müdafiəsinin gücləndirilməsi və rifahının yüksəldilməsi istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyətinə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin sədri cənab Araz Paşayevə dərin təşəkkür ifadə olunmuşdur.Onlara göstərilən diqqət və qayğıya görə təşkilatçılara minnətdarlıq edərək, bu cür tədbirlərin təhsil işçilərinin əməyinə verilən dəyərin bariz nümunəsi olduğunu qeyd etmişlər.





