Xəbərlər
Ən yaxşı iş günü-heç bir xəsarət almadan başa çatan iş günüdür.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Samux Rayon Komitəsinin üzv təşkilatı olan İ.Nəsimi adına Ziyadlı kənd tam orta məktəbində "28 aprel-Ümumdünya Əməyin Mühafizəsi Günü"nə həsr olunmuş xüsusi maarifləndirici tədbir təşkil olunub.
Tədbirin əsas məqsədi həm texniki heyətin, həm də müəllim kollektivinin iş yerində təhlükəsizlik qaydaları haqqında məlumatlılığını artırmaq, sağlam iş mühitinin əhəmiyyətini vurğulamaqdır.
Tədbir zamanı sağlam iş mühitinin yaradılmasının təmin edilməsi, iş yerində yarana biləcək risklər və təhlükəsizlik mədəniyyətinin formalaşdırılması mövzularında müzakirələr aparılıb.
Tədbirdə məktəbin ilk həmkarlar təşkilatının sədri Aynurə Həsənova çıxış edərək bildirib ki, həmkarlar ittifaqı işçi və işəgötürən arasında təhlükəsizlik körpüsüdür. Təhlükəsizlik qaydalarına əməl etmək hər birimizin məsuliyyətidir. Sağlam iş mühiti — keyfiyyətli təhsilin təməlidir!









