“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

"Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırılıb

13/05/2025, 19:04
xeber1


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə ümumi təhsil müəssisələrinin IX–XI sinif şagirdləri arasında təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin mayın 13-də mükafatlandırılma mərasimi keçirilib.


Müsabiqə Elm və Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə həyata keçirilib. Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb və müsabiqəyə həsr olunmuş videoçarxın nümayişi ilə davam edib.


Mərasimdə Milli Məclis sədrinin birinci müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini Əli Əhmədov, elm və təhsil naziri Emin Əmrullayev, Dövlət Statistika Komitəsinin sədri, YAP sədrinin müavini Tahir Budaqov çıxış edərək, Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğının Azərbaycanın gələcəyinin formalaşmasında mühüm rol oynadığını vurğulayıblar.


Müsabiqəyə qatılan 3952 şagirdin arasından 34 nəfər qalib seçilərək diplom və hədiyyələrlə təltif edilib. Bu müsabiqə gənclərin Azərbaycanlı kimliyinin, milli məfkurənin öyrənilməsi və gələcəyin liderləri kimi yetişməsi məqsədini daşıyır.


Qeyd edək ki, müsabiqəyə ölkəmizin regionlarından ümumilikdə 3952 şagird qatılıb. 90 nəfər şagird ölkə mərhələsində iştirak hüququ qazanıb. Onların təqdimat çıxışları müsabiqə komissiyası tərəfindən qiymətləndirilib və nəticədə 6 nəfər I, 13 nəfər II, 16 nəfər isə III yerə layiq görülüb.


Sonda səhnəyə dəvət olunan 34 qalibə diplomlar və hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: