Xəbərlər
“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri, onların müəllimləri ilə görüş

Qazax–Tovuz Regional Təhsil İdarəsi tərəfindən Respublika Fənn Olimpiadalarının, Lütfi Zadə adına Riyaziyyat–Məntiq Olimpiadasının, Respublika Fənn Müsabiqələrinin, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin və “Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsinin qalibləri, eləcə də onların müəllimləri ilə görüş keçirilib.
Tədbirdə Qazax–Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov, rayonlar üzrə təhsil sektorlarının müdirləri, həmçinin Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı
ETIHI Gədəbəy Rayon Komitəsi
ETIHI Qazax Rayon Komitələrinin sədrləri iştirak etdilər. Çıxış edənlər şagirdlərin qazandıqları uğurların onların əzmkarlığının, bilik və bacarıqlarının, eyni zamanda müəllimlərin peşəkarlığının və fədakar əməyinin nəticəsi olduğunu vurğulayaraq qalibləri və onların müəllimlərini səmimi qəlbdən təbrik edib, gələcək fəaliyyətlərində yeni nailiyyətlər arzuladılar.
Mərasimin sonunda müsabiqə və olimpiadalarda yüksək nəticələr əldə etmiş şagirdləri hazırlayan müəllimlər göstərdikləri səmərəli fəaliyyətə görə Fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunublar. Təltif olunan müəllimlər göstərilən yüksək diqqət və qayğıya görə təşəkkürlərini bildirərək, bundan sonra da şagirdlərin bilik və bacarıqlarının inkişafı naminə səylərini davam etdirəcəklərini qeyd etdilər.
Bu cür görüşlər təhsil sahəsində əldə olunan uğurların dəyərləndirilməsi, müəllim əməyinin yüksək qiymətləndirilməsi və istedadlı şagirdlərin yeni nailiyyətlərə həvəsləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.










