“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

“Ən yaxşı təqdimat” müsabiqəsinin region üzrə final mərhələsinə vəsiqə qazanaraq yüksək nəticə göstərən Şəhər 4 saylı tam orta məktəbin şagirdi Fərəh və onun müəllimi Leyla müəllimə ilə görüş keçirildi.

02/06/2026, 11:33
xeber1

2025–2026-cı tədris ilində əldə olunan uğurlar münasibətilə təhsildə fərqlənən şagird və müəllimlərlə görüş təşkil olundu.

Görüş zamanı “Ən yaxşı təqdimat” müsabiqəsinin region üzrə final mərhələsinə vəsiqə qazanaraq yüksək nəticə göstərən Şəhər 4 saylı tam orta məktəbin şagirdi Fərəh və onun müəllimi Leyla müəllimə ilə görüş keçirildi. Onların əldə etdiyi uğur yüksək qiymətləndirildi, səmimi təbriklər çatdırıldı və gələcək fəaliyyətlərində yeni nailiyyətlər arzulandı.

Bu uğur həm şagirdin zəhmətinin, həm də müəllimin peşəkarlığının və fədakar əməyinin nəticəsidir. İnanırıq ki, Fərəh gələcək mərhələlərdə də rayonumuzu layiqincə təmsil edərək yeni qələbələr qazanacaq.

Fərəhi və Leyla müəlliməni ürəkdən təbrik edir, onlara yeni-yeni uğurlar, möhkəm sağlamlıq və böyük nailiyyətlər arzulayırıq!

#TəhsildəUğur #ƏnYaxşıTəqdimat

#QürurMənbəyimiz #ŞagirdVəMüəllim

#TəhsilNailiyyəti

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: