Xəbərlər
Energetika fakültəsi azad olunmuş torpaqlarda!

Energetika fakültəsi azad olunmuş torpaqlarda!
15 oktyabr 2025-ci il tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Energetika fakültəsinin (EF) professor-müəllim heyəti və bir qrup fəal tələbəsi Xocavənd rayonunun Hadrut qəsəbəsində yerləşən “Şükürbəyli”, “Hadrut” və “Şuşa” yarımstansiyaları arasında yaradılmış 35 kV-luq dairəvi elektrik təchizatı sxeminə daxil olan 35/0,4 kV-luq 2x1600 kVA gücündə “Hadrut” qovşaq yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzinə səfər etmişlər.
Ekskursiya zamanı iştirakçılar “Hadrut” qovşaq yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olmuş, müasir rəqəmsal idarəetmə proseslərini yerində izləmək imkanı qazanmışlar.
Daha sonra nümayəndə heyəti “Azərişıq” ASC-nin 10 illiyinə həsr olunmuş “Yeni nəsil energetiklərin innovasiya və ustalıq yarışları” adlı müsabiqənin yekun turunda iştirak etmişdir.









