Xəbərlər
English Zone klubu, Bakı Mühəndislik Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən göstərdiyi fəallığa və tələbələrin inkişafına verdiyi töhfəyə görə təltif edilib.
08/07/2026, 09:54

Təltif mərasimi zamanı klub üzvləri ayrı-ayrılıqda çıxış edərək klub çərçivəsində həyata keçirilən fəaliyyətlər, təşkil olunan görüşlər, müzakirələr və tələbələrin dil bacarıqlarının inkişafına yönəlmiş təşəbbüslər haqqında ətraflı məlumat vermişlər. Bildirilmişdir ki, klubun əsas məqsədi tələbələr arasında ingilis dilində ünsiyyət mühitinin formalaşdırılması, onların nitq və düşünmə bacarıqlarının inkişaf etdirilməsi, eyni zamanda beynəlxalq mühitə daha rahat inteqrasiya edə biləcək gənclərin yetişdirilməsinə töhfə verməkdir.
- Daha sonra klubun sədri Mirhüseyn Əliyev çıxış edərək English Zone klubunun gələcək fəaliyyət istiqamətləri, planlaşdırılan layihələr və hədəflər barədə geniş məlumat təqdim etmişdir. O qeyd etmişdir ki, qarşıdakı dövrdə klubun fəaliyyətinin daha da genişləndirilməsi, müxtəlif mövzularda debat və müzakirə platformalarının təşkili, xarici qonaqların və mütəxəssislərin iştirakı ilə görüşlərin keçirilməsi, eləcə də tələbələrin dil bacarıqlarını inkişaf etdirəcək innovativ layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Bununla yanaşı, klubun universitet daxilində və digər ali təhsil müəssisələri ilə əməkdaşlığının gücləndirilməsi, tələbələrin beynəlxalq mühitdə özlərini daha inamlı ifadə edə bilmələri üçün yeni təşəbbüslərin irəli sürülməsi də əsas prioritetlərdən biri kimi vurğulanmışdır.





