“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Ərçivan məktəbində iki əməkdaşın 65 illik yubileyi qeyd olundu

16/04/2026, 14:17
xeber1

Astara rayonu Ərçivan qəsəbəsi Sahib Kələntərov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində Uşaqlar birliyi rəhbəri Quliyeva Nurcahan Ramazan qızının və məktəbin texniki işçisi Məmmədov Zəfər Məmməd oğlunun yubileyləri münasibətilə tədbir keçirilmişdir.

Tədbirdə çıxış edənlər Nurcahan müəllimin uzun illər ərzində təhsil sahəsində göstərdiyi səmərəli fəaliyyətindən, şagirdlərin tərbiyəsi və inkişafında gördüyü işlərdən bəhs etmiş, onun əməyini yüksək qiymətləndirmişlər. Həmçinin Zəfər müəllimin məktəbdə uzunmüddətli, məsuliyyətli və vicdanlı fəaliyyəti, kollektiv arasında qazandığı hörmət xüsusi qeyd olunmuşdur.

Sonda yubilyarlar Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.

Nurcahan müəllimə və Zəfər müəllimə yubileyləri münasibətilə möhkəm cansağlığı, uzun ömür və işlərində davamlı uğurlar arzulayırıq.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: