Xəbərlər
Ərçivan məktəbində Mehriban Məmmədovanın 65 illik yubileyi münasibətilə tədbir keçirildi

Astara rayonu Ərçivan qəsəbə Natiq Kərimov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi Məmmədova Mehriban Cəlal qızının 65 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə çıxış edən kollektiv üzvləri Mehriban müəllimin uzunmüddətli və səmərəli pedaqoji fəaliyyəti, təhsilin inkişafına verdiyi dəyərli töhfələr, eləcə də məktəbin ictimai həyatındakı fəal rolundan bəhs etmişlər.
Tədbirin sonunda Mehriban müəllim Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələrlə təltif olunmuşdur.
Mehriban müəllimi yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və pedaqoji fəaliyyətində yeni uğurlar arzulayırıq!






