“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Erkən evlilik və qohum evliliyi ilə bağlı məktəblilər arasında keçirilmiş “Ən yaxşı ssenari” müsabiqəsinin yekununa həsr olunmuş maarifləndirici tədbirdə iştirak etdik.

10/06/2026, 09:27
xeber1

Bu gün ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbində İsmayıllı Rayon İcra Hakimiyyəti, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi, İsmayıllı rayon Prokurorluğu və İsmayıllı rayon təhsil sektorunun birgə təşkilatçılığı ilə erkən evlilik və qohum evliliyi ilə bağlı məktəblilər arasında keçirilmiş “Ən yaxşı ssenari” müsabiqəsinin yekununa həsr olunmuş maarifləndirici tədbirdə iştirak etdik.  


Tədbirdə İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Nəsimi Teymurov, İsmayıllı rayon prokurorunun köməkçisi İlkanə Cabbarlı, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşı Rahim Orucov, DŞRTİ İsmayıllı Rayon Sektorunun müdiri Rəşid Məmmədli , Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov, məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak etdilər.


Çıxış edən qonaqlar erkən evlilik və qohum evliliyinin yaratdığı risklər barədə məlumat verdilər. 


Məktəblilər arasında keçirilən “Ən yaxşı ssenari” #müsabiqəsin qalib olmuş ssenarilər əsasında məktəblilər tərəfindən hazırlanmış səhnəciklər nümayiş etdirildi. 


Xatırladaq ki, müsabiqənin qalibləri şəhər 5 nömrəli, 8 nömrəli, Basqal qəsəbə və Hacıhətəmli kənd tam orta ümumtəhsil məktəblərinin şagirdləri olub.


#Qalibləri təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq. 


Tədbirin hazırlanmasında əziyyət çəkmiş hər kəsə təşəkkür edirik.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: