Xəbərlər
Əsgər Manafovun növbəti uğurunu və doğum gününü qeyd etmək üçün tədbir keçirilmişdir.

Bu gün ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı N. Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta ümumtəhsil məktəbində Azərbaycan Respublikasının Əməkdar Müəllimi , hərbi rəhbər vəzifəsində çalışan , əsil təhsil fədaisi, vətənpərvər müəllim Əsgər Manafovun növbəti uğurunu və doğum gününü qeyd etmək üçün tədbir keçirilmişdir. Tədbirdə İsmayıllı Rayon Təhsil Sektorunun müdiri Rəşid Məmmədli, ETİHİ İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov və kollektiv üzvləri iştirak etdilər. Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Şimali Qərb Regional Mərkəzin keçirdiyi " Gənc xilasedici və yanğınsöndürən " yarışının zona final mərhələsində Əsgər müəllimin hazırladığı komanda qalib gələrək birinci yeri tutmuşdur. Bu gün həm də Əsgər müəllimim anadan olmasının 69-cu baharıdır. Hər iki sevincli gün münasibətilə, gərgin zəhmətinin bəhrəsi olaraq qazanılmış uğur münasibətilə Əsgər müəllimi və onun hazırladığı komanda üzvlərini bütün təhsil ictimaiyyəti adından ürəkdən təbrik edirik,möhkəm can sağlığı və gələcək fəailiyyətlərində, növbəti yarışlarda daha böyük uğurlar qazanmağı arzulayırıq.








