Xəbərlər
Əsgərov Bəyalı Ağalar oğlunun 80 illik yubıley tədbiri keçirildi

Müəllim ömrünün 80 baharı.
İsmayıllıda ömrünün ən gözəl illərini müqəddəs müəllimlik sənətinə həsr edən , ucqar dağ kəndlərində belə elm işığını yandıran , neçə - neçə nəslə biologiyanın sirlərini öyrədən , sonuncu iş yeri olan Sərdəhar kənd ümumi orta ümumtəhsil məktəbinin sabiq biologiya müəllimi Əsgərov Bəyalı Ağalar oğlunun 80 illik yubıley tədbiri keçirildi. Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov, təhsil sektorunun əməkdaşları, təhsil veteranları, məktəb rəhbərləri, dərs dediyi şagirdləri, ictimaiyyət nümayəndələri və ailə üzvləri iştirak etdilər. Yubilyarı təbrikə gələnlər xoş xatirələrini və səmimi arzularını bildirdirərək ona sağlam ömür və yaxşı istirahət arzuladılar. Qeyd olundu ki, Bəyalı müəllim üçün müəllimlik sadəcə bir peşə deyil, bir ömür yolu, bir missiya olub. İstər şəhər məktəbinin tələbkarlığı, istər sə də ucqar kənd məktəblərinin çətin yolları, uzaq məsafələri Bəyalı müəllimin elmə və şagirdlərinə olan sevgisinə mane ola bilməyib. Onun zəhməti, səbri, və insanlara bəxş etdiyi biliklər bu gün də şagirdlərinin xatirəsində yaşayır.
Bəyalı Əsgərov uzun illər təhsil sahəsində səmərəli pedaqoji fəailiyyətinə görə və yubiley yaşının tamam olması münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin fəxri fərmanı və qiymətli hədiyyəsi ilə mükafatlandırıldı.
Bəyalı müəllimi rayonun təhsil ictimaiyyəti adından 80 illik yubiley yaşının tamam olması münasibətilə təbrik edir, sağlam ömür, ailə səadəti və xoş istirahət arzulayırıq.





