Xəbərlər
Əsrik bölgəsinə maraqlı və yaddaqalan səfər

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı ETİHİ Ağstafa Rayon Komitəsi nin təşkilatlarından olan Ağstafa şəhər 3 nömrəli tam orta məktəbin kollektivi üçün Tovuz rayonunun füsunkar təbiəti ilə seçilən Əsrik bölgəsinə maraqlı və yaddaqalan səfər təşkil olunmuşdur. Ekskursiya iştirakçıları üçün yaradılmış şərait yüksək qiymətləndirib.
Ağstafa şəhər 3 nömrəli tam orta məktəbin kollektivi onlar üçün təşkil olunmuş bu gözəl səfərə və yaradılmış hərtərəfli şəraitə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa rayon komitəsinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər. Səfər iştirakçıları vurğuladılar ki, həmkarlar ittifaqının həyata keçirdiyi sosial yönümlü layihələr və təşkil etdiyi tədbirlər təhsil işçilərinin rifahının yüksəldilməsinə, onların asudə vaxtının səmərəli təşkilinə və kollektivlər arasında əməkdaşlığın inkişafına mühüm töhfə verir.




