Xəbərlər
Əsrik bölgəsinə maraqlı və yaddaqalan səfər
09/07/2026, 07:07

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı
ETİHİ Ağstafa Rayon Komitəsi nin dəstəyi ilə Ağstafa şəhər 5 nömrəli körpələr evi–uşaq bağçasının kollektivi Tovuz rayonunun füsunkar təbiəti ilə seçilən Əsrik bölgəsinə maraqlı və yaddaqalan səfər ediblər.
Kollektiv üzvləri onlar üçün yaradılmış yüksək şəraitə, göstərilən diqqət və qayğıya görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsinə dərin minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, təhsil işçilərinin sosial rifahının yaxşılaşdırılması, asudə vaxtlarının səmərəli təşkili və mənalı istirahətlərinin təmin edilməsi istiqamətində həyata keçirilən belə təşəbbüslər böyük rəğbətlə qarşılanır.





