Xəbərlər
Əsrik bölgəsinə səfər
06/08/2026, 10:00

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı ETİHİ Ağstafa Rayon Komitəsi nin dəstəyi ilə Ağstafa rayonunun Poylu kənd 1 nömrəli körpələr evi-uşaq bağçasının kollektivi Tovuz rayonunun Əsrik bölgəsinə səfər edib.
Səfər çərçivəsində kollektiv üzvləri bölgənin gözəl təbiəti ilə tanış olub, asudə vaxtlarını səmərəli və xoş əhval-ruhiyyə şəraitində keçiriblər.Kollektiv onlar üçün yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsinə öz dərin minnətdarlıqlarını və təşəkkürlərini bildiriblər.
Bu cür tədbirlərin əhəmiyyətli olduğu vurğulandı.




