“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Əsrik kəndində səfər

10/06/2026, 12:20
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı ETİHİ Ağstafa Rayon Komitəsinin təşkilatlarından olan Yenigün kənd tam orta məktəbinin kollektivi həmkarlar ittifaqının dəstəyi ilə Tovuz rayonunun Əsrik kəndində yerləşən füsunkar istirahət məkanlarından birinə gəzinti etmişdir. Təbiətin gözəllikləri ilə əhatə olunmuş bu səfər müəllimlərin asudə vaxtlarının səmərəli təşkili, kollektiv üzvləri arasında həmrəyliyin və dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etmişdir. Gəzinti zamanı müəllimlər həm istirahət edib, həm də bir-biriləri ilə daha yaxından ünsiyyət qurmaq imkanı əldə etdiər. Bu cür tədbirlər kollektiv üzvləri arasında qarşılıqlı hörmətin, həmrəyliyin və dostluq münasibətlərinin daha da möhkəmlənməsinə, eyni zamanda onların mənəvi-psixoloji rahatlığının təmin olunmasına mühüm töhfə verir. Səfər iştirakçıları onlar üçün yaradılmış şəraitə və göstərilən diqqətə görə ETİHİ Ağstafa Rayon Komitəsinə dərin minnətdarlıqlarını bildiriblər bu kimi gəzinti və ekskursiyaların davamlı təşkil olunmasının əhəmiyyətini xüsusi vurğuladılar.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: