Xəbərlər
“İƏT (İslam Əməkdaşlıq Təşkilatı) Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” tədbiri
25/11/2025, 18:31

5-11 dekabr 2025-ci il tarixlərində “İƏT (İslam Əməkdaşlıq Təşkilatı) Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” tədbiri keçiriləcək. Festival çərçivəsində bir sıra ölkələrdən iştirakçıların qatılacağı mədəni proqramlar, sərgilər, musiqili çıxışlar və panel müzakirələr planlaşdırılır.
Tədbirlə bağlı əlavə məlumat və qeydiyyat prosesi yaxın günlərdə Mədəniyyət Nazirliyinin rəsmi saytı və sosial media kanalları vasitəsilə ictimaiyyətə təqdim olunacaq. (Mənbə:www.culture.gov.az)



