“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Abşeron Rayon Komitəsi və İlk təşkilatlar arasında yeni kollektiv müqavilə imzalandı

28/11/2025, 11:15
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Abşeron Rayon Komitəsi ilə Abşeron rayonu ərazisində fəaliyyət göstərən ilk həmkarlar ittifaqı təşkilatları arasında 2025–2027-ci illəri əhatə edən Kollektiv müqavilə imzalanmışdır.


İmzalanmış Kollektiv müqavilə ilk həmkarlar ittifaqı təşkilatları ilə müəssisə rəhbərlikləri arasında əmək münasibətlərinin tənzimlənməsi və sosial tərəfdaşlığın institusional əsasda gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Müqavilə çərçivəsində:


  • Əmək münasibətlərinin hüquqi tənzimlənməsi, işçilərin əmək hüquqlarının qorunması və möhkəmləndirilməsi;
  • İşçilərin sosial müdafiəsinin artırılması, onların sosial rifahına yönəlmiş təminat və güzəştlərin dəstəklənməsi;
  • Təhlükəsiz və sağlam əmək mühitinin yaradılması, əməyin mühafizəsi tədbirlərinin planlı və davamlı şəkildə həyata keçirilməsi;
  • Sosial tərəfdaşlığın inkişafı, ilk həmkarlar ittifaqı təşkilatları ilə müəssisə rəhbərliyi arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi


kimi əsas istiqamətlər prioritet kimi müəyyən olunmuşdur.


Bu Kollektiv müqavilə Abşeron rayonunda fəaliyyət göstərən ilk həmkarlar ittifaqı təşkilatlarının hüquqlarının qorunması və əmək münasibətlərinin daha səmərəli qurulması istiqamətində mühüm sənəd kimi çıxış edir və qarşıdakı illər üçün birgə fəaliyyətin daha da gücləndirilməsinə xidmət edəcəkdir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: