“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Abşeron Rayon Komitəsində Yeni Üzv Təşkilatlar

17/02/2026, 15:03
xeber1

ETİHİ Abşeron Rayon Komitəsinə yeni üzv təşkilatlar qoşulub. Bu münasibətlə komitənin sədri Fəxrəddin Eyvazov yeni üzv müəssisələrin rəhbərləri ilə görüş keçirib.


Görüş zamanı həmkarlar ittifaqlarının fəaliyyəti, üzvlərin vəzifə və məsuliyyətləri, həmçinin təşkilati işlərin düzgün və səmərəli şəkildə qurulması mövzuları müzakirə olunub. Komitə sədri müəssisə rəhbərlərinə əməkdaşlığın gücləndirilməsi, həmkarların hüquq və mənafelərinin qorunması istiqamətində görüləcək işlərlə bağlı tövsiyələr verib.


Yeni təşkilatların komitəyə qoşulması ETİHİ Abşeron rayon komitəsinin fəaliyyətinin daha da genişlənməsinə və əməkdaşlıq imkanlarının artmasına şərait yaradacaq.

Sosial şəbəkələrdə paylaş: