Xəbərlər
ETİHİ Abşeron Rayon Komitəsinə Yeni Üzv Təşkilatlar Qoşuldu

ETİHİ Abşeron rayon komitəsinə yeni üzv təşkilatların qatılması ilə bağlı məlumat yayılıb. Bu məqsədlə komitə sədri Fəxrəddin Eyvazov yeni üzv müəssisələrin rəhbərləri ilə görüş keçirib.
Görüş zamanı komitə sədri həmkarlar ittifaqlarının fəaliyyəti, üzvlərin üzərinə düşən vəzifə və məsuliyyətlər, həmçinin təşkilati işlərin səmərəli təşkili ilə bağlı ətraflı məlumat verib. O, əməkdaşlığın daha səmərəli qurulması, həmkarların hüquq və mənafelərinin qorunması istiqamətində görüləcək işlərlə bağlı müəssisə rəhbərlərinə tövsiyələrini çatdırıb.
Yeni üzv təşkilatların komitəyə qoşulması ETİHİ Abşeron rayon komitəsinin fəaliyyət dairəsinin genişlənməsi və əməkdaşlıq imkanlarının artmasına töhfə verəcək.



