Xəbərlər
ETİHİ Ağcabədi Rayon Komitəsi tərəfindən vətəndaş qəbulu il boyu davam etdirilir

Komitə tərəfindən həmkarlar ittifaqı üzvlərinin müraciətlərinə daim həssaslıqla yanaşılır, onların sosial rifahının yaxşılaşdırılması və asudə vaxtlarının səmərəli təşkili istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Üzvlərin mənalı və yaddaqalan istirahətinin təmin olunması məqsədilə ölkənin müxtəlif bölgələrinə ekskursiyalar və turistik səfərlər təşkil edilir.
Eyni zamanda, təhsil müəssisələrinin həmkarlar ittifaqı təşkilatlarının sədrləri ilə mütəmadi görüşlər keçirilir, qarşıda duran vəzifələr, üzvlərin sosial müdafiəsi və əmək hüquqlarının qorunması məsələləri müzakirə olunur.
Vətəndaş qəbulu zamanı müraciət edən həmkarlar ittifaqı üzvlərinə e-ahik.az platformasından istifadə qaydaları, elektron müraciət imkanları və mövcud xidmətlər barədə ətraflı məlumat verilir, onları maraqlandıran suallar cavablandırılır və qaldırılan məsələlərin operativ həlli istiqamətində müvafiq tədbirlər görülür.









