Xəbərlər
ETİHİ Ağcabədi Rayon Komitəsinin sədri tərəfindən il boyu üzv təşkilat sədrləri ilə görüşlər təşkil edilir.

Tədris müəssisələrində həmkarlar təşkilatı sədirlərinin əsas fəaliyyət istiqaməti, ittifaq üzvlərini maraqlandıran məsələlərin daha effektiv və operativ şəkildə həlli,təhsil işçilərinin sosial-iqtisadi və əmək hüquqları ilə bağlı müraciətləri,onların problemlərinin aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsidir.
Yollayışların elektron sistem vasitəsilə tətbiqini ,məhz təşkilat sədrləri vasitəsilə ittifaq üzvülərinə məlumat verilir.Yay aylarında müəllimlərin istirahətinin səmərəli təşkil edilməsi üçün artıq tədris müəssiisələrinin həmkarlar təşkilat sədirləri ilə mütamadi olaraq görüşlər təşkil edilir.
ETİHİ Ağcabədi Rayon Komitəsinin xidmətində olan təşkilat sədirlərinin yerlərdəki fəallığı nəzərə alınaraq Respubilkanın müxtəlif bölgələrinə təşkil edilən turlarda iştirakları təşkil edilir. Ad günləri qeyd olunan həmkarlar təşkilatının bir qrup sədrləri ilə görüş təşkil edildi.
ETİHİ Ağcabədi Rayon Komitəsi adından tədris müəssisələrində fəaliyyət göstərən həmkarlar təşkilatınin bütün sədirlərinə məsuliyyətli və şərəfli işlərində uğurlar və ədalətli olmalarını diləyirik












