“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Ağcabədi Rayon Komitəsinin təşkilatçılığı ilə il boyu tədris müəssisələrində həmkarlar ittifaqı üzvləri ilə görüş keçirilir.

03/04/2026, 15:42
xeber1

Görüşün məqsədi həmkarlar ittifaqının fəaliyyəti, üzvlərin əmək və sosial hüquqlarının müdafiəsi, yollayışların elektron sistem üzərindən qeydiyyatı, məktəb həmkarlar təşkilatının funksiyaları, mədəni-kütləvi tədbirlərin və idman yarışlarının təşkili istiqamətində görülən işlər barədə ətraflı məlumatın çatdırılması olmuşdur.

Tədris müəssisələrində təhsil prosesinin səmərəli təşkili, şəhid ailələri və müharibə iştirakçılarına göstərilən diqqət, eləcə də idman sahəsində qazanılan nailiyyətlər yüksək qiymətləndirilir.

Komitə tərəfindən təşkil olunan tur ,mədəni-kütləvi tədbirlərdə fərqlənən həmkarlar təşkilatının üzvüləri və məktəb həmkarlar təşkilatının sədirləri ETİHİ Ağcabədi Rayon Komitəsi tərəfindən il boyu hədiyyə,fəxri fərman və təşəkkürnamə ilə təltif olunur.

Belə həmkarlar təşkilatının fəal üzvülərindən Ağcabədi şəhər Ş. Hüseynov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbin həmkarlar təşkilatının sədri Mehdi Məmmədov və məktəbin müəllimi Qasımova Vüsalə Hüseyn qızı, Ağcabədi şəhər 4 nömrəli körpələr evi-uşaq bağçasının tərbiyəçisi Abışova Aidə Sabir qızı ETİHİ Ağcabədi Rayon Komitəsi tərəfindən təşəkkürnamə ilə təltif edildi.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: