“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Ağstafa körpələr evi–uşaq bağçasında görüş

26/11/2025, 21:29
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsinin üzv təşkilatlarından olan Göycəli kənd körpələr evi–uşaq bağçasında növbəti görüş keçirilmişdir. Görüş zamanı bağçanın pedaqoji və texniki heyəti ilə səmərəli fikir mübadiləsi aparılmış, mövcud fəaliyyət istiqamətləri, kollektivin ehtiyac və təklifləri dinlənilmişdir. Kollektiv görüşdən məmnunluğunu ifadə edərək son bir il ərzində müəssisəyə göstərilən diqqət və qayğını xüsusi vurğulamışdır. Təhsil müəssisələrinin sosial rifahının yaxşılaşdırılması, əməkdaşların hüquqlarının qorunması və onların əmək fəaliyyətinə yaradılan şəraitin daha da təkmilləşdirilməsi istiqamətində görülən məqsədyönlü işlərə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin sədri, hörmətli cənab Araz Paşayevə dərin təşəkkür edilmişdir.

Görüş səmimi dialoq şəraitində keçmiş, gələcək əməkdaşlıq perspektivləri ilə bağlı müvafiq planlar müəyyənləşdirilmişdir.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: