“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Ağstafa RK Lisey müəllimləri ilə görüş

30/01/2026, 21:54
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı

ETİHİ Ağstafa Rayon Komitəsi olaraq Ağstafa şəhər Texniki-Humanitar təmayüllü liseydə səfərdə olduq və liseyin pedaqoji kollektivi ilə geniş və səmimi görüş keçirdik. Görüş zamanı həmkarlar ittifaqının fəaliyyəti, üzvlərin sosial-əmək hüquqlarının qorunması, müəllimlərin rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verildi, kollektivin sual və təklifləri dinlənildi və cavablandırıldı.

Liseyin kollektivi keçirilən görüşdən yüksək məmnunluq ifadə edərək, həmkarlar ittifaqının son dövrdə həyata keçirdiyi məqsədyönlü və sistemli fəaliyyətini xüsusi qeyd etdilər.Liseyin pedaqoji kollektivi təhsil və elm sahəsinin hər zaman dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu qeyd edərək, müəllimlərə göstərilən davamlı diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin təşəkkür və minnətdarlığını ifadə etdi. Bildirildi ki, son bir il ərzində Elm və təhsil işçiləri həmkarlar ittifaqının fəaliyyətində mühüm və müsbət dəyişikliklər, nəzərəçarpacaq inkişaf və canlanma müşahidə olunur. Bu uğurlu fəaliyyətə görə kollektiv Elm və təhsil işçiləri həmkarlar ittifaqının Respublika Komitəsinin sədri cənab Araz Pashayev ə dərin təşəkkür və minnətdarlığını bildirdi, gələcək fəaliyyətində uğurlar arzuladı.

Görüş zamanı xüsusi vurğulandı ki, həmkarlar ittifaqının əldə etdiyi bu nailiyyətlər ölkə rəhbərliyinin həyata keçirdiyi ardıcıl və uzaqgörən siyasətin nəticəsidir

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: