Xəbərlər
ETİHİ Ağsu Rayon Komitəsi mühasibi yola saldı.

Bu gün kollektivimiz üçün həm duyğulu, həm də əlamətdar bir gün oldu.
Uzun illər ərzində Dağlıq Şirvan Regional Təhsil İdarəsinin Ağsu Rayon Sektorunda, Elm və Təhsil İşçiləri Ağsu Rayon Komitəsində böyük məsuliyyət və peşəkarlıqla mühasib vəzifəsində çalışmış dəyərli həmkarımız Tahirov Mubarizin 70 yaşı tamam oldu və biz onu təntənəli şəkildə yola saldıq.
Müəllim illər boyu öz zəhməti, dürüstlüyü və işinə olan məsuliyyətli yanaşması ilə kollektivimizin hörmətini qazanmışdır. Onun əməyi hər zaman yüksək qiymətləndiriləcək və xatirələrimizdə qalacaq.
Tahirov Mübarizə möhkəm can sağlığı, uzun ömür və ailəsi ilə birlikdə xoş, firavan günlər arzulayırıq!
Eyni zamanda kollektivimizə yeni qoşulan mühasibimiz Səmədov Xəyyamı salamlayır və ona yeni fəaliyyətində uğurlar arzulayırıq. İnanırıq ki, o da öz peşəkarlığı ilə işimizi uğurla davam etdirəcək.
Hər iki həmkarmıza təşəkkür edir,gələcək fəaliyyətində uğurlar diləyirik!.








