Xəbərlər
ETİHİ Ağsu Rayon komitəsinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərində əməyin mühafizəsi və işçilərin əmək hüquqlarının qorunması mövzusunda maarifləndirici görüşlər keçirildi.

Əməyin mühafizəsi və təhlükəsiz əmək şəraitinin təmin olunması istiqamətində Ağsu rayonu Muradlı kənd tam orta ümumtəhsil məktəbində, Cavid Xıdırov adına Yenilik kənd ümumi orta ümumtəhsil məktəbində, Ağamalı Qurbanov adına Ləngəbiz kənd tam orta ümumtəhsil məktəbində, Ərəbsarvan kənd ümumi orta ümumtəhsil məktəbində, Əbülfəz Eldarov adına Abasxanlı kənd tam orta məktəbində, Elçin Ağayev adına Padar kənd tam orta ümumtəhsil məktəbində, Məzahir İsmiyev adına Ərəbușağı kənd tam orta ümumtəhsil məktəbində,Məmməd Mirzəyev adına Aratkənd tam orta ümumtəhsil məktəbində, Samit Mikayılov adına Rəhimli kənd tam orta ümumtəhsil məktəbində, Dilman kənd tam orta ümumtəhsil məktəbində, Ağabəyli kənd tam orta ümumtəhsil məktəbində, Nəmirli kənd ümumtəhsil məktəbində və Qərənfil körpələr evi–uşaq bağçasında məktəb həmkarlar təşkilatlarının təşəbbüsü ilə əməyin mühafizəsinə həsr olunmuş maarifləndirici görüşlər keçirilmişdir.
Tədbirlərdə təhsil müəssisələrinin direktorları, müəllimlər və texniki işçilər iştirak etmiş, əmək qanunvericiliyinin tələbləri, iş yerlərində təhlükəsizlik qaydalarına əməl olunmasının əhəmiyyəti, sağlam və təhlükəsiz əmək mühitinin yaradılması, eləcə də həmkarlar ittifaqlarının bu sahədə rolu barədə ətraflı məlumat verilmişdir.
Görüşlər zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılmış, əməyin mühafizəsi sahəsində qarşılıqlı fikir mübadiləsi aparılmışdır.
Əməyin mühafizəsi hər bir işçinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsinin əsas şərtidir. Bu istiqamətdə həyata keçirilən maarifləndirici tədbirlərin davamlı təşkili gələcək fəaliyyətimizin əsas prioritetlərindən biridir.
#ETİHİ #AğsuRK #ƏməyinMühafizəsi #TəhlükəsizƏmək #Həmkarlarİttifaqı #TəhsildəTəhlükəsizlik





























