Xəbərlər
ETİHİ AĞSU RAYON KOMİTƏSİNİ TƏŞKİLATÇILIĞI İLƏ AĞSUDA NOVRUZ ŞƏNLİYİ KEÇİRİLDİ.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağsu Rayon Komitəsinin və Aratkənd məktəbinin kollektivi və şagirdləri tərəfindən Novruz bayramına həsr olunmuş tədbir keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı, daha sonra Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Bayram tədbirində Novruzun milli-mənəvi dəyərlərimizi əks etdirən ənənələri nümayiş olundu.
Şagirdlərin hazırladığı bədii kompozisiyalar, şeirlər, musiqi nömrələri və maraqlı səhnəciklər iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.
Tədbirə həmçinin 65 yaşı tamam olmuş müəllimlər də dəvət olundu. Onların uzunillik səmərəli fəaliyyətləri yüksək qiymətləndirildi və onlara müxtəlif hədiyyələr təqdim edildİ.



























