“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Astara Rayon Komitəsi ittifaq üzvü olan şəhid anasını doğum günü münasibətilə təbrik edib.

04/11/2025, 17:59
xeber1

Bu gün Astara rayonu Deqadi kənd tam orta ümumtəhsil məktəbinin texniki işçisi, şəhid Cəfərzadə Tarif Qədir oğlunun anası Rukiyeva Mehparə Mirbaba qızının doğum günü münasibətilə səmimi bir tədbir keçirilib.

Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsinin sədri Cabir Hüseynov və Astara rayonu üzrə təhsil sektorunun müdiri Xədicə Əliyeva iştirak ediblər.

Şəhid anasının doğum günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi tərəfindən Mehparə xanım qiymətli hədiyyələrlə təltif olunub.

Bu xoş gündə şəhid anasına göstərilən diqqət və ehtiram bir daha sübut etdi ki, şəhid ailələrinə hörmət və qayğı daim dövlətimizin və ictimai təşkilatlarımızın prioritetidir.

Mehparə xanımı bir daha səmimi-qəlbdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və gələcək fəaliyyətində uğurlar arzulayırıq.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: