Xəbərlər
ETİHİ Astara Rayon Komitəsinin İttifaq üzvləri üçün Qubada istirahət təşkil olundu
28/04/2026, 12:58

25-26 aprel 2026-cı il tarixlərində ETİHİ Astara Rayon Komitəsinin bir qrup ittifaq üzvləri Quba rayonunda yerləşən Nazlı Bulaq istirahət mərkəzində istirahət etmişlər. Bu istirahətin təşkili üzvlərin sosial rifahının yüksəldilməsi, asudə vaxtının səmərəli təşkili və həmrəyliyin möhkəmləndirilməsi baxımından əhəmiyyətli olmuşdur. Tədbir iştirakçılar tərəfindən böyük məmnunluqla qarşılanmışdır. Bu münasibətlə göstərilən diqqət və qayğıya görə AHİK sədri Sahib Məmmədov və ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayev cənablarına dərin təşəkkürümüzü bildiririk.







