“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ əməkdaşları üçün “Davamlı şəxsi inkişaf və motivasiya” mövzusunda təlim keçirilib

02/03/2026, 15:23
xeber1

27 fevral 2026-cı il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Davamlı şəxsi inkişaf, müsbət düşüncə və özünü motivəetmə” mövzusunda təlim proqramı təşkil olunub. Təlimdə ETİHİ-nin əməkdaşları iştirak ediblər.


Təlimin əsas məqsədi iştirakçıların şəxsi və peşəkar inkişaf bacarıqlarının artırılması, motivasiya resurslarının gücləndirilməsi və bu istiqamətdə praktik alətlərlə təmin olunması olub.


Təlim çərçivəsində məqsədlərin müəyyənləşdirilməsi və hədəf qoyma prinsipləri izah edilib, SMART metodu əsasında real və effektiv hədəflərin formalaşdırılması yolları təqdim olunub. Eyni zamanda, vərdişlərin formalaşdırılması, planlaşdırma prinsipləri və nəticəyönümlü fəaliyyət mexanizmləri barədə məlumat verilib.


Bununla yanaşı, zamanın idarə olunması, stresslə mübarizə və psixoloji dayanıqlılıq, təsirli ünsiyyət, daxili və xarici motivasiya, eləcə də konfliktlərin idarəedilməsi bacarıqları üzrə interaktiv müzakirələr aparılıb.


Proqramın yekununda iştirakçılar şəxsi inkişaf yol xəritəsinin hazırlanması üzrə praktik məşğələdə iştirak edərək öz fərdi inkişaf planlarını tərtib ediblər.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: