Xəbərlər
ETİHİ Gəncə Şəhər Komitəsi tərəfindən müəllimlər arasında idman yarışı keçirildi.
26/11/2025, 11:10

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Gəncə Şəhər Komitəsi “ 8 Noyabr Zəfər Gününə” həsr edilmiş təhsil müəssisələrində çalışan müəllimlər arasında idmanın müxtəlif növləri üzrə — futbol, voleybol və basketbol yarışları təşkil etdi. Yarışlarda fəal iştirak edən müəllimlər arasında sağlam həyat tərzinin təbliği və həmrəylik ruhunun gücləndirilməsi məqsədi daşıyırdı.Bununla yanaşı, futbol və voleybol üzrə digər komandaların qalibləri də Şəhər Komitəsi tərəfindən təşəkkürnamə ilə mükafatlandırıldı. İdmanda fəallığı ilə seçilən hakilər də Şəhər Komitəsi tərəfindən mükafatlandırıldılar.






