Xəbərlər
ETİHİ Gəncə şəhər komitəsinin rəhbərliyi Gəncə şəhər 6 nömrəli tam orta məktəbin ittifaqı üzvləri ilə görüş keçirmişdir.
16/01/2026, 16:49

ETİHİ Gəncə şəhər komitəsinin rəhbərliyi Gəncə şəhər 6 nömrəli tam orta məktəbin ittifaqı üzvləri ilə görüş keçirmişdir.
Görüş zamanı həmkarlar ittifaqının fəaliyyəti, həyata keçirilən tədbirlər və üzvlərin hüquq və maraqlarının müdafiəsi istiqamətində görülən işlər barədə geniş məlumat verilmişdir.
İttifaq üzvlərinin müraciətləri və təklifləri dinlənilmiş, qaldırılan məsələlər ətrafında müzakirələr aparılmış və verilən suallar ətraflı şəkildə cavablandırılmışdır. Görüş qarşılıqlı əməkdaşlıq və konstruktiv müzakirə şəraitində baş tutmuşdur.




