Xəbərlər
ETİHİ Gəncə şəhər komitəsinin rəhbərliyi Gəncə şəhər 7 saylı tam orta məktəbin Həmkarlar İttifaqı üzvləri ilə görüş keçirdi.
19/12/2025, 15:39

ETİHİ Gəncə şəhər komitəsinin rəhbərliyi Gəncə şəhər 7 saylı tam orta məktəbin Həmkarlar İttifaqı üzvləri ilə görüş keçirdi. Tədbirdə komitə tərəfindən həmkarlar ittifaqının fəaliyyəti, sosial müdafiə və kollektiv hüquqların qorunması istiqamətləri barədə məlumat verildi, üzvlərin sualları dinlənildi və təkliflər müzakirə olundu.
Görüşün əsas məqsədi təhsil işçiləri ilə əməkdaşlığın genişləndirilməsi, sosial təminat və həmrəylik mexanizmlərinin gücləndirilməsidir. Komitə rəhbərliyi vurğuladı ki, müəllimlərin rifahı və hüquqlarının müdafiəsi qarşıdakı dövrdə də əsas fəaliyyət prioriteti kimi davam edəcək.






