Xəbərlər
ETİHİ Gəncə şəhər komitəsinin rəhbərliyi şəhid Amal Əhmədovun doğum günü münasibətilə ailəsini ziyarət etmişdir.
05/05/2026, 10:41

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Gəncə şəhər komitəsinin rəhbərliyi şəhid Amal Əhmədovun doğum günü münasibətilə ailəsini ziyarət etmişdir. Görüş zamanı şəhidin əziz xatirəsi ehtiramla yad olunmuş, bütün şəhidlərimizə Allahdan rəhmət dilənmişdir.
Qeyd edək ki, şəhidin anası Mehriban Əhmədova təhsil işçisidir. Komitə üzvləri tərəfindən ailəyə diqqət və qayğı göstərilmiş, anaya mənəvi dəstək ifadə olunmuşdur.





