Xəbərlər
ETİHİ Gəncə şəhər komitəsinin rəhbərliyi Şəhid İsmayılov Rabil Elburus oğlunun ailəsini ziyarət etmişdir.
31/03/2026, 11:03

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Gəncə şəhər komitəsinin rəhbərliyi və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin rəhbərliyi ilə birlikdə 44 günlük Vətən müharibəsində şəhid olmuş Gəncə şəhər M.Müşviq adına 14 saylı tam orta məktəbin riyaziyyat müəllimi İsmayılov Rabil Elburus oğlunun ailəsini ziyarət etmişdir. Ziyarət zamanı ailə üzvləri ilə birgə Novruz bayramı münasibətilə səmimi söhbətlər aparılmış, onlara can sağlığı və uzun ömür arzulanmışdır. Şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilmişdir.




