“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Göyçay Rayon Komitəsi müəllimləri təbrik etdi

09/06/2026, 12:22
xeber1

Göyçay şəhəri Səməd Vurğun adına inteqrasiya təlimli internat tipli gimnaziyada uzun illər səmərəli pedaqoji fəaliyyəti ilə seçilən Vəliyeva Mətanət Tələt qızı və Nağıyev Alik Sərdar oğlunun 65 illik yubileyi münasibətilə görüş keçirilib.


ETİHİ Göyçay Rayon Komitəsinin nümayəndəsi tərəfindən yubilyarlar təbrik olunaraq onlara xoş arzular çatdırılıb, təhsil sahəsindəki xidmətləri yüksək qiymətləndirilib. Görüş zamanı onların gənc nəslin təlim-tərbiyəsində göstərdikləri əməyin xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.


Yubileyləri münasibətilə Vəliyeva Mətanət Tələt qızı və Nağıyev Alik Sərdar oğluna təşəkkürnamə və mükafat təqdim edilib. Tədbir səmimi söhbət və xoş təəssüratlarla yadda qalıb.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: